Yuxarı

Müharibə uşaqları və sehirli döyüş çəkmələri...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə uşaqları və sehirli döyüş çəkmələri...

Qəpiyi qəpiyin üstünə qoyub boş mərmilər alardıq, oynamaq üçün. Anamızın danışdığı nağılların ayağına böyük idi atamızın döyüş çəkmələri. O çəkmələr sehirli kitabdan da çox şey bilirdi. Məsələn, bilirdi ki, atamız evə nə vaxt gələcək...

Biz "böyümə balaca, böyüsən öləcəksən"i “tez böyümək tez ölməkdir” kimi qısa yolla anlamışdıq. Atamız mərmi idi. Atalarını burnunda barıt qoxusu ilə gözləyən uşaqlardıq.

"Şuşanın dağları başı dumanlı" olanda anamız əlini ağzına tutub ağlayardı. Biz də anamızın ətəyini dartıb ağlayardıq çörək növbələrində. Aqşin Evrənin "İnsanlar Allahdan tamam əlini üzmüşdü. Bircə çörək növbələrində əllərini göyə qaldırırdılar, o da, satıcının pulu görüb çörək verməsi üçün"ü xatırlaması uşaqlığımızı xatırlaya bilməməyimizə haqq verir. Nəyi xatırlayaq? Bəlkə bir oyun şeirindən bu misranı xatırlamalıyıq: "Oğlanlar əsgər getdi, kül qızların başına" və ya "Tamara, Tamara tat qızı, erməni soldat qızı" - bunu xatırlamalıyıq? Bu oyun şeiri də dilimizdə əzbər idi:

əl, əl kəpənək,
əldən çıxdı kəpənək.
Kəpənəyin yarısı,
Yumurtanın sarısı.
Dostum hara gedirsən?
- Qarabağa gedirəm.
Qarabağda nəyin var?
- Bir oğlum var bir qızım.
Qızın adı nədir?
- Fatma.
Oğulun adı nədir?
- Yatma...

Bəli, yatma...

Bizim uşaqlığımız, biz özümüz də bilmədən bu şeirlə, Qarabağda səngərlərdə döyüşən oğullara “yatma” deyib, səslənirdi. Bizim uşaqlıgımız "dava-dava" oyununun əsirinə çevrilmişdi. Bizim uşaqlığımız Elşən Əzimin "qumbara dipçəklər, mərmi çiçəklər" misralarında solub.

Bu travmadır, əsil travma! 90-nıncı ilərin uşaqlarının travması...

Çoxları bizim nəslin şairlərindən optimist, gülərüz, vurçartlasın, çaloynasın şeirləri gözləyir. Gözləməyin əzizlərim, gözləməyin. Siz uşaqlığı 90-cı illərə düşənlərin kamikadze olmamasına sevinin. Sevinin, vallah sevinin.
Başımız sağ olsun deyə yox, üzümüz ağ olsun deyə yazdım...

Tarix
2017.01.20 / 12:58
Müəllif
Elçin Aslangil
Digər xəbərlər

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla