Yuxarı

Tanınmış alimin yeni kitabı çap olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış alimin yeni kitabı çap olundu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər" adlı kitabı ("Elm və təhsil", 2019, 232 səh.") nəşr edilib.

Kult.az xəbər verir ki, təqdim edilən kitab ermənilərin milli kimlik davasından başlayaraq, bu gün Ermənistanın terror siyasətinə qədərki dövrü əks etdirir. Kitabda erməni kilsəsinin yaranması, Alban kilsələri və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri, erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı və erməni kilsəsinin fəaliyyəti, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər məsələr əks edilib. Kitab yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir kitablara istinad edilərək çapa hazırlanıb. Müəllif kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini mənbələr əsasında sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.

Kitab "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilib.

Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır. Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2019.11.29 / 20:31
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla