Yuxarı

Nəfəs-nəfəs çəkirəm təkliyi ciyərimə... - Əfsanə Rəvan

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az gənc şair Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir:

Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədim ki.

Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm...

Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.

Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.

Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə" demirəm.

İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..

***

Məndən narahat olma,
Mənəm də həmin adam
Özünə güvənməyən,
Səndənsə əmin adam.
Mənəm də, saçlarının
ucunu çeynək edən.
Dizini qucaqlayıb,
Dişləyib, göynək edən.
İndi bütün dərdlərə
Qucaq açan adamam
Yerdən başını alıb
göyə qaçan adamam
İndi tək olan zaman,
Tanrıyla danışıram
Hələ özüm bir yana,
səni də soruşuram
Xəbər də göndərirəm,
Sənə deyəcək özü
-Bilirsən,
Bilirsən heç
Bütün darıxanları
Görür Tanrının gözü
Bəlkə də inanmırsan...
Vallah bu yer, göy haqqı,
Hərdən elə düşürsən,
Elə düşürsən yada.
Sanıram ki, xəstəyəm,
Canımda min bir qada.
Yaman çətin olur e,
Özümü toplamağım.
Üzümə durur ha ki,
Öz əlim, öz ayağım.
Bacarmıram heç nəyi,
Əlimdən heç nə gəlmir.
Neynirəmsə alınmır,
Neynirəmsə düzəlmir...

***

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Bəlkə görüşdüyümüz,
ilk günün xatirinə.
Bir də başa qayıtdıq,
Bir də getdik filmə.

Bir də əl-ələ tutub,
Gəzdik şəhər boyunca.
Bizi yıxan həsrəti
Atıb ayaq altına,
Əzdik, əzdik doyunca.

Öyrənmə unutmağa,
Ağrı verir sonralar.
Hissizləşər bədənin,
Gözün-könlün qaralar.

Vallah qınayan olmaz,
Keç inadından qayıt.
Yağış damlasında gəl,
Quş qanadında qayıt.

Hələ birinci qışdı,
Hələ ki, yaza çox var.
Yazda isinir hamı.
Qışda qayıt da nolar...

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Tarix
2019.12.15 / 23:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla