Yuxarı

Kamal Abdullanın yeni kitabı işıq üzü gördü

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın yeni kitabı işıq üzü gördü

Xalq yazıçısı Kamal Abdullanın “Mənim Füzulim” adlı yeni kitabı işıq üzü görüb.

Azərbaycan Dillər Universitetindən Kult.az-a verilən məlumata görə, müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunma ideyasını belə əsaslandırır: “Oxucuya, həcmcə kiçik də olsa, kitab kimi təqdim edilən bu mətnin yaranışı necə oldu və bu yaranışın səbəbi nə idi?!

Uzun müddət idi ki, Cahangir Cahangirovun cazibədar “Füzuli” kantatası özünün ən müxtəlif yönlərindən mənim qulağımda səslənirdi. Mən ondan yaxa qurtara bilmirdim. Ən müxtəlif vaxtlarda, ən müxtəlif yerlərdə öz-özünə, heç nədən o, mənim beynimdə, qəlbimdə peyda olurdu. Mən bu musiqi ilə yaşayırdım, onunla nəfəs alırdım. Şövkət Ələkbərovanın ecazkar səsi əlimdən yapışıb məni Füzuli aləminin lap içinə qədər arxasınca gətirib gəlirdi.

... Füzuli məni həmişə ahənrüba kimi özünə cəlb edib. Füzulinin sözə münasibəti, sözü mum kimi beytin içində “əzib” yerləşdirmə bacarığı mənim təsəvvürlərimin hətta hüdudundan kənara çıxıb. Mən həmişə fərqində olmuşam ki, Azərbaycan ədəbiyyatı məhz Füzuli ilə XVI əsrə daxil olub, öz dilini yenidən yaradıb və qoruyub, dünya dəyərlərinə qiymət verib. Elə buna görə də “Füzuli olmasaydı nə olardı?” sualı məni həmişə qorxudub. Və bu qorxu tezcə də duman kimi uçub gedib. Mən anlamışam ki, mənim Füzulim olmaya bilməzdi. Necə ki, Xəzər olmaya bilməzdi, necə ki, Göygöl olmaya bilməzdi, Azərbaycan olmaya bilməzdi. O məni heç zaman tək buraxmazdı. Və mənim Füzulim uzaq əsrlərin isti qoynundan narahat, qəmli baxışlarını yenə də bu günə dikib. Və təkrar-təkrar deyir. Təkcə mənim üçün deyir: “Təğyiri-qəm etmək olmaz oldu. Gəldim, geri getmək olmaz oldu...”

Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab “Mütərcim” nəşriyyatında çap olunub.

Tarix
2019.12.30 / 10:24
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

Bakıda orqan alveri: tanınmış həkim həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla