Yuxarı

Füzuli və Babullaoğlu özbək mətbuatında

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli və Babullaoğlu özbək mətbuatında

Özbəkistanın paytaxtı Daşkənddə nəşr olunan "Özbəkistan ədəbiyyatı və sənəti" qəzetində özbək şairi və tərcüməçisi Usman Kuçkarın "Füzulinin "Su qəsidəsi" adlı məqaləsi çap edilib.

Axar.az xəbər verir ki, müəllif məqalədə "Su qəsidəsi"ni Məhəmməd Füzulinin dini-fəlsəfi mövzuda yazdığı ən qiymətli əsərlərdən biri hesab edir. "Kitob dunyasi" qəzetində isə U.Kuçkarın tərcüməsində Azərbaycan şairi Səlim Babullaoğlunun şeirləri yer alıb.

Kuçkar daim Azərbaycan şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edir. O, Yusif Səmədoğlunun "Qətl günü", Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanlarını, Elçinin "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı", "Toyuğun diri qalması" povestlərini, Sabir Rüstəmxanlının "Göy tanrı", Yunus Oğuzun "Əmir Teymur" romanını və Hidayətin şeirlər toplusunu özbək dilinə tərcümə edib.

Tarix
2015.10.07 / 19:21
Müəllif
Nigar An
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla