Yuxarı

Fond və QHT-dən gənc yazarlara dəstək

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond və QHT-dən gənc yazarlara dəstək

Azərbaycan Yaradıcılıq Fondunun həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində dörd kitab çap olunub.

Axar.az xəbər verir ki, bu layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilib.

Əsas məqsədi Azərbaycan Yaradıcılıq Fondunun maddi-texniki təminatını yaxşılaşdırmaq, Fondun işinin davamlılığını təşkil etmək və bununla da istedadlı insanlara maddi və mənəvi baxımdan dəstək olmaqdır.

Onların ictimaiyyətə tanıdılması üçün yeni imkanlar yaratmaqdan ibarət olan layihə öz vəzifələrini uğurla başa vurmaqdadır.

İcra edilən bu layihə nəticəsində Azərbaycan Yaradıcılıq Fondunun ofisi yenidən istifadəyə verilib və yaradıcı insanların rahat şəkildə toplaşacaqları məkana çevrilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində gənc istedadların iki şeir və iki nəsr kitabı dərc olunub.

Gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablarıdır. Qeyd edək ki, kitablar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi yaradıcı və istedadlı gənclərlə bağlı, həmçinin ahıl yaradıcı insanlara diqqət və qayğlı göstərilməsi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti institutlarının da dəstək verməsi çox vacibdir.

Tarix
2015.10.23 / 15:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla