Yuxarı

Nazim-Nəcib Fazil davası məktublarda – Mətn

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazim-Nəcib Fazil davası məktublarda – Mətn

Türk ədəbiyyatının iki böyük şəxsiyyətinin – Nazim Hikmət və Nəcib Fazil Qısakürəyin məktublaşması maraqlı faktları üzə çıxarır.

Axar.az xəbər verir ki, Nazim Hikmət məktubunda Nəcib Fazilə məddahlıq etməməsini, qələmini qara qəpiyə dəyməyən adamlar üçün işlətməməsini xahiş edir:

"Əziz Nəcib, sənin adının mənası "təmiz" deməkdir, bunu məndən yaxşı bilirsən. "Nəcib"i "nəcis"ə çevirmə. Cibin pul-para ilə dolacaq deyə, ruhunu parça-parça eləmə. Bilirəm, qələmin gözəldir, bir misranla Çin səddini dağıdarsan, amma Babalı yoxuşunun yollarını dilinlə yalamağın məni kədərləndirir. Əziz Nəcib, inandığın Allah eşqinə, o qüdrətli qələmini iqtidara yaltaqlanmaq üçün məscid dirəyinə çevirmə. O qüdrətli qələmini üçü üç qəpiyə dəyməyən ciyərsizlərə bulaşdırma.

Köhnə dostun Nazim".

Nazim əfəndinin məktubu nəzakət çərçivəsində yazıldığı halda Nəcib Fazilin məktubunda əsəb və alçaltmaq istəyi duyulur:

"Nazim Hikmət!

Boş yerə çırpınırsan. Sənə əsəbiləşmirəm. Görürəm ki, hər hərəkətim, səninlə bağlılığı olmadığı halda, ciyərinə neştər kimi batır, səni dəlilərin qəfəsi kimi bir əzab çərçivəsinə həbs edir və başının üstündə dar ağacının kəndiri varmış kimi özündən çıxarır. Sənə yazığım gəlir. O qədər təksən ki, ətrafında kimsə yoxdur. Xatırlanmaq şərti ilə hansı təhqirlərə razı deyilsən? Tüpürcəyi belə uzun müddət qida kimi qəbul etdin. İndi o da yoxdur. Bir zamanlar, şeirlərində (tüklü və qalın) olduğunu elan etdiyin sarışın və çəhrayı peysərindən onun-bunun yumruq izləri belə uçub gedib. Artıq nifrətə layiq deyilsən. Zamanın xainliyi qarşısında insanları mərhəmətə çağırırsan. Bundan bir neçə ay əvvəl Ştaynburq restoranında səninlə belə danışmadıqmı:

Mən: - Qəzetlərə bu bəndləri necə yazırsan, necə bu qədər adiləşirsən?

Sən: - Nə edim, çörək pulumu qazanıram. Başqa nə edə bilərəm?

Mən: - Özünü və şərəfini bu qədər alçaldacağına niyə ayaqqabı rəngləməklə məşğul olmursan?

Sən: - Ayaqqabı rəngləsəm, bir şey zənn edib məni bu işdən məhrum edərlər.

İndi mənə səndən gözlədiyim bir tərzdə yazırsan. Dövlət günlərində səni rəqib saymağa tənəzzül etməyən adam bu pərişan halında sənə necə tənəzzül etsin? Artıq sən mənim gözümdə heç bir şeyi təmsil etmirsən. Nə hoqqabaz şeirini, nə alverçi kommunizmini. İdeologiya cəhətdən sənə məndən daha yaxın olan adamlar belə indi səni fırıldaqçılığın prototipi adlandırırlar. Açıq deyirəm: mən sənin kabusun, hər an yoxluğunu hiss etdirən şeytanınam. Sənə yazığım gəlir. Lakin əlimdən heç nə gəlmir. Ölü diriltməkdə və müflis qurtarmaqda acizəm".

Tarix
2015.10.29 / 23:43
Müəllif
Nigar An
Digər xəbərlər

Qalibaf Bakıda açıqladı: Bu ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla