Yuxarı

“Belə davam etməyəcək”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Belə davam etməyəcək”

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 2-ci Beynəlxalq Kitab sərgisi keçirilib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva sərgidə çıxış edib. O, Qarabağın hamı üçün doğma olduğunu qeyd edib:

"Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik".

Millət vəkili deyib ki, hər bir türk insanı Qarabağı hər gün yad etməlidir:

"Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər. Dünya buna göz yumur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək".

O bildirib ki, harada doğulmasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımını törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili yazar-araşdırmaçı İmdad Avşarla birlikdə hazırladığı "Qarabağ hekayələri" kitabını tədbir iştirakçılarına hədiyyə edib. Tədbirin sonunda bölgənin bələdiyyə rəsmiləri millət vəkilinə dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkürünü bildiriblər.

Tarix
2015.11.27 / 12:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla