Yuxarı

Anar: “Bir gün ailəm məni müzakirə edirmiş...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar: “Bir gün ailəm məni müzakirə edirmiş...”

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, ədəbi musiqili gecədə opera müğənniləri Fidan və Xuraman Qasımovalar, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental "Qaya" qrupu və başqa tanınmışlar iştirak edib.

Təqdimat mərasimində çıxış edən xalq yazıçısı Anar "Seçilənlər" kitabını yüksək qiymətləndirib:

"Güneli çox sevirəm. Ağıllı, gözəl, tərbiyəli, istedadlı bir övladdır. Kitabı çox bəyəndim. Çox lazımlı və vaxtında nəşr edilən kitabdır. Sizinlə bir xatirəni bölüşmək istəyirəm. Günel balaca idi, həyat yoldaşım Zemfira xanım və oğlum Tural məni müzakirə edirmişlər: səhhətinə baxmır, siqaret çəkir və s. Günel isə körpə dili ilə deyib ki, ata bir az yaxşıdır. Günel, sən də çox yaxşısan".

Qeyd edək ki, "Seçilənlər" kitabı məhz xalq şairi Rəsul Rzanın doğum günü münasibətilə mayın 19-u təqdim olunub. Kitabda dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərovaya və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla başqa böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.

Tarix
2016.05.20 / 11:16
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla