Yuxarı

Azay Quliyev vida çıxışı etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev vida çıxışı etdi

Tiflisdə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası çərçivəsində bu gün Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub.

Axar.az xəbər verir ki, ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib. Millət vəkili bu önəmli Komitədə sədr müavini kimi tutduğu vəzifədə sonuncu iclası olduğu üçün hamıya səlahiyyət müddəti ərzində göstərdiyi dəstəyə və anlayışa görə səmimi minnətdarlığını bildirib:

"Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olmuşdur. Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam. Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm", - A.Quliyev vurğulayıb.

Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib.

Tarix
2016.07.04 / 11:48
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla