Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Azərbaycana doğru yönəldilir.
Axar.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin ofisinin mətbuat orqanı olan "Keyhan" qəzeti yazıb.
"Ölkədə iqlim dəyişikliyinin baş verməsində düşmənlərin müdaxiləsinin olduğu ehtimalı var”, - qəzet əlavə edib.
“Keyhan” yazının davamında İranda iqlim dəyişikliyinin baş verməsi üçün İsrailin Türkiyə ilə əməkdaşlıq etdiyini də iddia edib:
“Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb”.
Qeyd edək ki, "Keyhan" Əli Xameneinin ofisinin mətbuat orqanıdır, baş redaktor Hüseyn Şəriyətmədari İran rəhbərinin birbaşa əmri ilə təyin olunub.