Yuxarı

Narkoloji Mərkəzdə yoxlanış: Sahəsi kiçik, həkim sayı isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatının əməkdaşları Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirib.

Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə təmir işlərinin aparıldığı müəyyən edilib.

Xəstəxanada yaşayış şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.

Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.

Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri təqdim edilib.

O da qeyd olunub ki, başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq.

Tarix
2025.08.07 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Quterreşdən sabah keçiriləcək ABŞ görüşünə reaksiya

Çin bu üç ölkənin birgə müəssisəsinə qoşuldu - Foto

Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

ABŞ ordusu Zəngəzur üçün Ermənistana girsə... - Danielyan

Əsir düşdükdən sonra ermənilər məni güllələdi...

"Zəngəzur dəhlizi" yox, "Tramp körpüsü" - hazırlıqlar başlayır

İlham Əliyevi ABŞ-da o müşayiət edir - Foto

Prezidenti ABŞ-da müşayiət edən kortejin görüntüləri - Video

İlham Əliyev ABŞ-da səfərdədir - Video

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla