Yuxarı

İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident,

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm”, - başsağlığı məktubunda qeyd olunub.

Tarix
2025.08.08 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın media nümayəndələri Ağ Evə gəldi - Video

Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq müzakirə olundu

Çanaqqalada meşə yanğınları başladı: uçuşlar dayandırıldı

Paşinyan Trampın nümayəndəsi ilə görüşdü

İlham Əliyev müharibəni qazandı, indi də... - PA rəsmisi

Hökumə Əliyevaya görə Bakı aeroportunda sükut - Video

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla