Yuxarı

Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq müzakirə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes və investisiya mühiti qeyd olunub. Vurğulanıb ki, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Tarix
2025.08.08 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında uzunmüddətli sülhə çox əminəm

İlham Əliyevlə Trampın görüşü başladı

Tramp İlham Əliyevi Ağ Evdə belə qarşıladı - Video

İlham Əliyevin gəlişinə Ağ Evdə son hazırlıq - Video

Tramp növbəti dəfə Əliyevlə bağlı paylaşım etdi - Video

Tramp Paşinyanı belə qarşıladı - Video

Azərbaycan rəsmiləri Ağ Evdə - Video

Bakı ilə İrəvan arasındakı sülh razılaşmasını alqışlayırıq - Ağ Ev

Yaşasın sülh! Artıq müharibə olmayacaq - Simonyan

Azərbaycanlılar Ağ Evin qarşısına toplaşdılar - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla