Yuxarı

Əliyev Qərbin təzyiq sistemini çökdürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzindədir və Ağ Evdəki görüşlər, oradan verilən mesajlar, imzalanan mühüm sənədlər az qala hər detalınadək maraqla müzakirə olunur. Dünyanın nəzərləri Azərbaycan Prezidenti İlham Əliyevə dikilib. Çünki bu səfər, Vaşinqton görüşləri Qərbin son illərdə Azərbaycana qarşı yürütməyə çalışdığı təzyiq mexanizmlərinin tamamilə iflasa uğramasının canlı nümunəsinə çevrilərək ən yeni tariximizə həkk edildi.

Bu sözləri Axar.az-a açıqlamasında "Telеqraf Holdinq"in rəhbəri Aynur Camal Vaşinqtonda imzalanan Birgə Bəyannaməni şərh edərkən deyib.

O bildirib ki, uzun illərdir Bayden-Blinken Administrasiyası, Makron, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti və onların təsir dairəsindəki beynəlxalq media şəbəkəsi eyni istiqamətdə işləyirdi - Bakını güzəştlərə məcbur etmək:

“Bunun üçün üç əsas alət işə salınmışdı:

1. Siyasi təzyiq - Qarabağ məsələsində, xüsusilə 2020-ci il zəfərindən sonra Azərbaycanın qəti mövqeyini yumşaltmaq üçün ardıcıl bəyanatlar, qərəzli qətnamələr qəbul edildi.

2. İnformasiya müharibəsi - Qlobal mediada sistemli qarayaxma kampaniyaları təşkil olundu, Azərbaycan beynəlxalq ictimaiyyətə “təcrid olunmuş” dövlət kimi təqdim edilməyə çalışıldı.

3. Sanksiya hədələri - Qeyri-rəsmi kanallardan Bakıya qarşı iqtisadi və siyasi sanksiya mesajları ötürülürdü ki, bu da qərarların dəyişdirilməsinə hesablanmışdı.

Lakin bu strategiyanın müəllifləri bir məqamı nəzərə almamışdılar: İlham Əliyev nə təzyiq altında geri çəkilən, nə də güzəşt qarşılığında mövqeyini yumşaldan liderdir. Əksinə, hər təzyiq cəhdi onun mövqeyini daha da sərtləşdirdi.

Vaşinqton səfəri bu reallığın rəsmi təsdiqi oldu. Dünən Azərbaycana “şərt diktə edən” dairələr bu gün artıq təkzibolunmaz fakt qarşısındadırlar - Qarabağ tamamilə Azərbaycanın nəzarətindədir, sərhədlər bərpa olunub, regionda yeni təhlükəsizlik formatı yaranıb və bütün bunlar Qərbin deyil, Azərbaycanın müəyyən etdiyi şərtlərlə baş verib.

Bu səfər həm də psixoloji dönüş nöqtəsi idi. Çünki artıq Qərb paytaxtlarında Azərbaycan “təzyiq ediləcək zəif həlqə” kimi yox, “Cənubi Qafqaz regionunun açar fiquru” kimi qəbul olunur. İlham Əliyev ABŞ-dakı görüşlərdə verdiyi mesajlarla açıq şəkildə bildirdi: Azərbaycanın milli maraqları danışıqlar predmeti deyil və heç vaxt olmayacaq.

Nəticədə, Bayden-Blinken Administrasiyası, Makron və Avropa institutlarının uzun illər ərzində işlədiyi “güzəşt planı” kağız üzərində qaldı, "gorbagor oldu". Qalib Prezidentin Vaşinqton diplomatiyası, həm hərbi zəfərlə, həm də siyasi qətiyyətlə möhkəmləndirilmiş Azərbaycanın yeni reallığını bir daha təsdiqlədi.

Bu, təkcə uğurlu səfər deyildi – bu, Qərbin illərlə formalaşdırdığı təzyiq sisteminin tam çöküşü idi. Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiyada da qələbəsi idi və dünyanın bu zəfəri qəbul etməsinin təntənəsiydi...

Önümüzdə isə gərgin iş qrafiki var: Vaşinqtonda imzalanmış sənədlərdə əksini tapan müddəaların həyata keçirilməsi. Verilən sözlərin tutulması. İlham Əliyevin dediyi kimi, sözümüz imzamızdır!”

Tarix
2025.08.10 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh üçün sonuncu maneə...

Əliyev BƏƏ prezidentini Azərbaycana dəvət etdi

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpasıdır! – Vəliyev

İlham Əliyev Şahbaz Şərifə zəng etdi

Zelenski İlham Əliyevi təbrik etdi

Tokayev İlham Əliyevə zəng etdi

Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

Roma Papası Bakı və İrəvanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla