Yuxarı

ABŞ-dan Gülənin təhvil verilməsi tələb ediləcək – Gizli plan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Gülənin təhvil verilməsi tələb ediləcək – Gizli plan

AKP Fətullah Gülən haqqında qırmızı bülleten hazırlığında olduğu iddia edilib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə oğlu Bilal Ərdoğan arasında keçdiyi iddia edilən telefon danışığının səs yazısı AKP-nin seçki strategiyasını da dəyişdirib. AKP-çilər və Ərdoğanın müşavirləri bələdiyyə seçkilərində əvvəl ortaya çıxan kaset skandalının izlərini silmək üçün bir növ strategiya qurub.

AKP hesabat açıqlayacaq

Strategiyalardan birində səs yazılarının montaj olduğunu sübut etmək üçün müstəqil qurumlardan hesabat alınması planlanır. Bu səpkidə beynəlxalq qurumlar araşdırılır. Bu qurumlardan səs yazılarının montaj olduğuna dair hesabat alınaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bütün bunlarla bərabər AKP "dövlət içində dövlət qurmaq istəyənlər" kimi adlandırdığı Gülən hərəkatına qarşı əməliyyat hazırladığı da bildirilib. Həmçinin ABŞ-da yaşayan Fətullah Gülən haqqında açılacaq istintaq işi çərçivəsində Gülən üçün "qırmızı bülleten" çıxarılması nəzərdə tutulur. Və Gülənin ABŞ-dan təhvil verilməsinin istənilməsi də planlaşdırılır. Ancaq bu yöndə atılacaq addımın seçkilər zamanı əks-effekt yaratması narahatçılıq yaradır. Bunun üçün əməliyyatın seçkidən əvvəlmi, sonramı həyata keçirilməsinin düzgün olacağı müzakirə edilir.

Tarix
2014.02.27 / 14:44
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla