16:13
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin
idarəçiliyinə verilib.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin Kadr,
rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq
Məmmədov məlumat verib.
"Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi.
Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və
pedoqoji heyət də fəaliyyətini davam etdirəcək", - vitse-prezident
qeyd edib.
19:43
Sabah Qafqaz Universitetinin kampusunda təhvil-təslim
işləri həyata keçiriləcək.
Bunu APA-ya
açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
deyib.
Rektor bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki
qaydada saxlanılacaq: "Bütün ixtisaslar, abituriyentlərin qəbulu
olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət
göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə
olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun
idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz
Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi
altında daha da inkişaf edəcək".
E.Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda
davam etdiriləcək.
BANM rektoru onu da əlavə edib ki, sabah Qafqaz Universitetinin
rektoru Əhməd Saniç vəzifəsindən azad olunacaq.
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün
universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə
məlumat verib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü
qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin
idarəçiliyinə verilib.