Yuxarı

TuranBank zəmanət tranzaksiyasını bu bankla reallaşdırmağa başlayıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olan TuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin, xüsusilə də qeyri-neft sektorunun maliyyə resusrlarına çıxış imkanlarının genişləndirilməsini hədəfləyir. Qeyd edək ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarının aradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi istiqamətində daha genişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə xidmət edir.

Bu əməkdaşlıq Asiya İnkişaf Bankının strateji hədəflərinə uyğun olaraq regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafına və davamlı iqtisadi artıma töhfə verir. Məlumat üçün bildiririk ki, 2024-cü il ərzində Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq tərəfdaş bankla əməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan 27,600-dən çox əməliyyatı dəstəkləyib.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

Tarix
2025.07.17 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla