
Təbrizdən Bakıya aviareyslər bərpa edilir
20:49
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
İspaniyanın "Real Madrid" klubu futbolçusu Yussef Enrikesi satıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 19 yaşlı mərakeşli oyunçu "Alaves"ə keçib.
Vitoriya-Qasteys təmsilçisi sol cinah müdafiəçisi ilə 4 illik müqavilə bağlayıb. "Transfermarkt" portalının məlumatına görə, Enrikenin keçidi “Alaves”ə 3 milyon avroya başa gəlib.
Qeyd edək ki, Yussef Enrikes ötən mövsüm "Real Madrid"in gənclərdən ibarət komandasında 35 oyun keçirib. O, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Tarix
2025.07.17 / 13:30
|
Müəllif
Axar.az
|