
Qəbul imtahanının nəticəsi açıqlandı
19:06
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın baş nazir seçilib.
Axar.az xəbər verir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Sviridenkonun namizədliyi təsdiqlənib.
Sviridenko buna qədər Ukraynanın iqtisadiyyat naziri və baş nazirin müavini olub. 39 yaşlı yeni baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasında başlayıb.
İclasda Prezident Vladimir Zelenski də iştirak edib.
Müstəqil Ukraynanın tarixində ilk qadın baş nazir Yuliya Timoşenko olub.
Tarix
2025.07.17 / 12:45
|
Müəllif
Axar.az
|