Yuxarı

Aygünümüz mükafata layiq görüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygünümüz mükafata layiq görüldü

Demokratik İslahatlar Partiyası (DİP) Mətbuat günü münasibəti ilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata layiq görülən jurnalistlərin adlarını açıqlayıb.

Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mükafat 3 nominasiya üzrə müəyyən olunub:

1. Nailə Bağırova – (Ann.az saytı) təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna görə

2. Aygün Yusibova (Axar.az saytı) – Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv materiallara görə

3. Sənan Rzayev (CBC telekanalı) – xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə.

Qeyd edək ki, mükafatın təsis edilməsində əsas məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirmək, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparan, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

DİP sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Qeyd: Axar.az kollektivinin ən gənc üzvlərindən olan Aygün Yusibova və digər həmkarlarımızı təbrik edirik.

Tarix
2016.07.22 / 17:30
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla