Yuxarı

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Mətbuat Şurasının İdarə Heyəti Azərbaycan jurnalistləri adından 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:

"Möhtərəm cənab Prezident,

Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurla qeyd edirik.

Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya və informasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmış bu şanlı Qələbənin əsas memarısınız.

44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıq nüfuzlu media qurumuna verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini, tarixi ədalətin bərpası uğrunda aparılan mübarizəni yüksək peşəkarlıq və böyük məharətlə ifadə etdiniz. Bəzən qərəzli sualları belə tarixin və ədalətin səsi kimi təmkinlə cavablandırdınız, fakt və arqumentlərlə xalqımızın səsini bütün dünyaya çatdırdınız.

Azərbaycan mediası, jurnalistlərimiz Sizin ətrafınızda yumruq kimi birləşərək həm cəbhə bölgəsindən, həm də diplomatik və informasiya səngərlərindən vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti operativ və obyektiv məlumatlandırdılar. Jurnalistlərimiz məhz Sizdən nümunə götürərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ölkəmizə yönəlmiş dezinformasiya və təxribatlara qarşı mübarizədə əsl peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Onlar informasiya cəbhəsinin əsgərlərinə çevrilərək Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər.

Bu gün artıq müharibə geridə qalıb, xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və "Böyük Qayıdış" dövrünü yaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Bu prosesdə Azərbaycan mediası da fəal iştirak edir – görülən işləri işıqlandırır, Vətən torpaqlarına qayıdan insanların sevincini, quruculuğun miqyasını və dövlət siyasətinin mahiyyətini xalqa və dünyaya dolğun çatdırır.

Sizin mediaya göstərdiyiniz diqqət və qayğı jurnalistlər üçün həm mənəvi dəstək, həm də böyük stimul mənbəyidir. Medianı milli maraqların müdafiəsində mühüm qüvvə kimi qiymətləndirməyiniz, onun azad, məsuliyyətli və vətənpərvər fəaliyyətinə verdiyiniz önəm ölkəmizdə media mühitinin inkişafına yeni nəfəs gətirib.

Bu inkişafın bariz nümunələrindən biri də Şuşa Qlobal Media Forumudur. Ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən bu mötəbər tədbir təkcə media müzakirəsi deyil, həm də Azərbaycanın dünyaya bəyan etdiyi sülh, ədalət və əməkdaşlıq mesajının ifadəsidir.

Möhtərəm cənab Prezident,

Bu möhtəşəm və tarixi gündə Sizi media ictimaiyyəti, jurnalistlərimiz adından təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi naminə ali və şərəfli dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq.

Qoy, bu Zəfər gələcək nəsillərə milli birlik, dövlətçilik və qürur nümunəsi olsun!"

Tarix
2025.11.07 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla