Yuxarı

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Noybarın 5-də Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Axar.az xəbər verir ki, partiyadan Bizim.media-ya bildirilib ki, iclasda partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olunub.

Müzakirələrdə ilk olaraq Ana Vətən Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının partiyadan xaric edilməsi məsələsinə baxılıb.

Partiya Nizamnaməsinin partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı Ana Vətən Partiyasından xaric edilib.

Bununla yanaşı, partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin qurultay nümayəndələri qismində qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edilib.

İdarə Heyəti Nizamnamənin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndlərini əsas götürərək, 12 rayon təşkilat sədrlərinin (Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı, Telman Qasımov - Ağsu rayon təşkilatı, Orxan Əhmədov - Bərdə rayon təşkilatı, Ziya İbrahimov - Hacıqabul rayon təşkilatı, Elnur Osmanov - Kürdəmir rayon təşkilatı, Mahmud Nuriyev - Qazax rayon təşkilatı, Yaşar Tağıyev - Lənkəran rayon təşkilatı, Azad Əhmədov - Masallı rayon təşkilatı, Bayram Mustafayev - Sabunçu rayon təşkilatı, Nazim Muradəlizadə - Şabran rayon təşkilatı, Coşğun Məmmədov - Zərdab rayon təşkilatı, Fazil Ağamalıyev - Suraxanı rayon təşkilatı) partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.

Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.

İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olunub.

Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaq ilə bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib.

Partiyadan o da bildirilib ki, İdarə Heyətinin növbəti iclasında partiyanın növbəti Qurultayının keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, Ana Vətən Partiyasının son qurultayında insident yaşanmışdı və buna görə də qurultayın işi yarımçıq saxlanılmışdı.

Tarix
2025.11.07 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla