Ölkədə dörd günlük tətil başladı
00:29
| Ana səhifə Planet |
|
ABŞ-da böyük aviaşirkətlər hökumətin bağlanmasına görə gündəlik həyata keçirdiyi minlərlə uçuşdan yüzlərlə reysi ləğv etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, bu addım bu gündən etibarən ABŞ-ın 40 əsas hava limanında uçuşları 10 faiz məhdudlaşdırmağa başlaması ilə əlaqədar atılır.
“FlightAware”in statistikasına əsasən, qərar qüvvəyə mindikdən bu yana ABŞ-a və ya ölkədən kənara 827 uçuş ləğv edilib.
“American Airlines” bildirib ki, bu gündən başlayaraq bu həftə sonuna qədər 6 minə yaxın uçuşdan 220-si ləğv ediləcək.
“United Airlines”in açıqlamasına əsasən, həftəsonu ərzində hər gün 5 mindən çox uçuşdan təxminən 200-nü ləğv etməyi planlaşdırır.
|
Tarix
2025.11.07 / 22:51
|
Müəllif
Axar.az
|