Yuxarı

Bu tarixdə torpaq hərracları keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tarixdə torpaq hərracları keçiriləcək

Dekabrın 10-da torpaq sahələrinin müsabiqə və hərracları keçiriləcək.

Axar.az Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir ki, Sumqayıt şəhərində, Abşeron, Lənkəran, Zərdab, Qazax, Ağstafa, Şabran, İmişli və Balakən rayonlarında yerləşən torpaq sahələri satışa və uzunmüddətli icarəyə çıxarılacaq.

Müsabiqə və hərracların əsas istiqamətləri

- Sumqayıt şəhəri: 1 051 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün satışa çıxarılıb;

- Abşeron rayonu (Qobu qəsəbəsi): iki torpaq sahəsi (ümumilikdə 9 882 kv.m) heyvandarlıq məqsədilə hərraca çıxarılıb;

- Lənkəran rayonu (Göyşaban kəndi): Bir hektar torpaq 20 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə veriləcək;

- Zərdab rayonu (Bıçaqçı Bələdiyyəsi): 4.67 hektar torpaq 15 illik icarəyə təqdim olunacaq;

- Qazax rayonu: Biri şəhər ərazisində fərdi yaşayış evi üçün (800 kv.m), digəri Xanlıqlar kəndində əkin məqsədilə (5 ha) hərraca çıxarılıb;

- Ağstafa rayonu: Qırılı və Sadıqlı bələdiyyələrinin ümumilikdə 69 hektardan çox torpaq sahəsi satış və icarəyə təklif edilir;

- Şabran rayonu (Pirəbədil kəndi): 700 kv.m torpaq fərdi yaşayış evi tikintisi üçün satışa çıxarılıb;

- İmişli rayonu (Yalavac Bələdiyyəsi): 363 kv.m torpaq sahibkarlıq fəaliyyəti üçün satışdadır;

- Balakən rayonu (Şərif kəndi): 1.1 hektar torpaq 15 illik icarəyə veriləcək.

Torpaqların satış qiymətləri və icarə haqları təyinat və keyfiyyət qrupuna uyğun olaraq müəyyənləşdirilib. İlkin qiymətlər 270 manatdan başlayır, sahibkarlıq və yaşayış təyinatlı sahələrdə isə 47 min manata qədər yüksəlir.

Tarix
2025.11.07 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla