Yuxarı

Türkiyə Netanyahunun həbsinə order verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Netanyahunun həbsinə order verdi

İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, həmçinin 37 İsrail rəsmisinin də həbsinə order verilib. Onlar arasında müdafiə naziri İsrail Katz, milli təhlükəsizlik naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Herzi Halevi və yüksək rütbəli komandirlər də var.

İstintaq sənədində bildirilir ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri mülki şəxslərə, xəstəxanalara və infrastruktura sistematik hücumlar həyata keçirib və nəticədə qadın və uşaqlar da daxil olmaqla, minlərlə mülki şəxs həlak olub.

Baş Prokurorluq həmçinin 6 yaşlı Hind Rəcəbin İsrail əsgərləri tərəfindən 335 güllə ilə öldürülməsini, Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumda 500 nəfərin qətliamını, Türkiyə-Fələstin Dostluq Xəstəxanasının bombalanmasını və humanitar yardımın qarşısının alınmasını da istintaq sənədinə daxil edib.

Tarix
2025.11.07 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla