Yuxarı

AMM-dən Rusiya hadisələri ilə bağlı BƏYANAT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMM-dən Rusiya hadisələri ilə bağlı BƏYANAT

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi Rusiyada azərbaycanlılara qarşı son zaman baş verən olaylarla bağlı bəyanat yayıb.

Bəyanatda son günlər daha bir azərbaycanlının millətçilər tərəfindən döyülməsi, eyni zamanda Moskva şəhərində "Rus Marşı" adı altında millətçilərin mitinqinin keçirilməsinə münasibət yer alıb:

"Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir. Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduğunu bildirir və müvafiq dövlət qurumlarını Azərbaycan Respublikasından kənarda yaşayan ölkə vətəndaşlarının müdafiəsi üçün öz öhdəliklərinə uyğun davranmağa çağırır".

AMM hesab edir ki, problemin tez bir zamanda həll olunması üçün Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların müdafiəsinin təmin olunması, onlara müvafiq sənədlərin alınmasında yardım edilməsi, Rusiya miqrasiya qanunvericiliyi barədə onlara ətraflı məlumat verilməsi, Rusiya Federasiyasında məskunalşan vətəndaşlarımızla baglı baş verənlər haqqında daha ətraflı məlumatların əldə edilməsi məqsədilə pulsuz xidmət göstərən "Qaynar xətt"in yaradılmasını təşkil etməlidir:

"AMM həmin layihənin həyata keçirilməsi üçün Azərbaycan hökümətinə dəstək verməyə, "Qaynar Xətt"i işçilərlə təmin etməyə hazır olduğunu bildirir.

AMM dünyada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarını, həmçinin beynəlxalq təşkilatları Rusiyada baş verən milli ayrı-seçkiliyə şərait yaradan hadisələri diqqət mərkəzində saxlamağa və Rusiya hakimiyyət nümayəndələrini azərbaycanlılara qarşı aparılan bu qeyri-qanuni münasibətlərə son qoyulması üçün tədbirlər görməyə çağırır".

Tarix
2013.11.05 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla