Yuxarı

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

İnformasiya məkanında Rusiyanın həyata keçirtdiyi peşəkar və total manipulyasiyalar fonunda çox sadə həqiqətlər "itirilir".

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bildirib.

O qeyd edib ki, 24 fevral 2022-ci ilə qədər Rusiya Ukraynanın 42.000 km² (Krım, Donetsk, Luqansk) ərazisini işğal edib. 24 fevral 2022-ci ildən bu günə qədər isə təxminən 70.000 km² işğal olunub.

Toplam rəqəm 112.000 km²-dir. Ümumi olaraq Ukrayna ərazisinin 18.5% işğaldadır, 24 fevral 2022 ildən bu günə qədər isə Ukrayna ərazisinin 11.5-12% ərazisi işğal olunub.

Digər nisbətə də diqqət yetirək: 24 fevral 2022-ci ildən bu günə qədər Rusiya öz ərazisini 0.4%-ə böyüdüb.

Rusiya 4 ildir öz ərazisini 0.4% böyütmək üçünmü savaşır? Təbii ki, yox, Putin dəfələrlə müharibənin "ilkin səbəbləri"ni aradan qaldırılması üçün apardığını vurğulayırdı və biz, nəzərdə tutulan "ilkin səbəbləri" bilməliyik. Söhbət Ukraynanın Rusiyanın təsir zonasına qayıtmasından gedir.

Zbiqnev Bzejinskinin sözlərini xatırlamaq yerinə düşər: "Ukraynasız Rusiya artıq imperiya ola bilməz".

Rusiya bütün iqtisadi, hərbi və geosiyasi itkilərə ancaq o şərtlə dözürdü ki, Ukrayna onun təsir zonasına qayıtmalı olacaqdı, yəni öz suverenliyini itirəcəkdi və Rusiya Ukraynanı özünə "qataraq" MDB-də mövqelərini bərpa etməyə başlayacaqdı. Rusiya öz strateji-fundamental məqsədinə nail ola bildimi?” - o bildirib.

Politoloq 2018-ci ildə Lavrovun jurnalistə məşhur cavabını da xatırladıb:

“2018-ci ildə bir jurnalist Lavrova sual verir: "Niyə biz "l(d)xr"i Rusiya ərazisinə qatmırıq?"

Lavrov: "Siz istəyirsiniz ki, biz Luqansk və Donetski əldə edərək bütöv Ukraynanı itirək?"

Rusiya bu gün Ukraynanı birdəfəlik və həmişəlik itirdi, Ukrayna ilə yanaşı, Rusiya imperiya olaraq dağılmağa başlayır və bu proses müharibə dondurulandan sonra sürətlənəcək.

Bu müharibə Rusiyanı imperiya olaraq məhv edəcək.

Zamanla federasiyanın ayrı-ayrı subyektləri görəcəklər ki, Rusiyanın tərkibində olmasalar, qat-qat yaxşı yaşayacaqlar, inkişaf edəcəklər və nəticə etibarı ilə mərkəzdənqaçma prosesi qaçılmaz olacaq”.

Tarix
2025.11.24 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla