Yuxarı

Britaniya mediası Azərbaycandan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya mediası Azərbaycandan yazdı

Böyük Britaniyanın "Finənşl Tayms" qəzeti "Yeni İpək Yolu" layihəsinin həyata keçirilməsində Azərbaycanın mühüm rolu haqqında reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, "Yeni İpək Yolunu keçərək" adlı reportajda müxbir Cek Ferçi layihənin üstünlükləri barədə məlumat verib. Gəmi ilə Qazaxıstandan Azərbaycana səyahət edən müəllif bildirib ki, bu gün Çin Şərqi Asiyadan Yaxın Şərq və Avropayadək uzanan qədim İpək Yolunu bərpa etməyə çalışır. Minilliklər böyük İpək Yolu ilə ipək parçalar, ədviyyatlar, xalçalar alan Avropaya qiymətli iplərlə dolu karvanlar yollanıb. Qəzetin müxbiri bu gün həmin karvanların nəhəng konteyner qatarları ilə əvəz edildiyini söyləyir. Cek Ferçi yeni İpək Yolunun Çindən Avropa bazarına ən qısa yol olduğunu vurğulayır.

"Finənşl Tayms"ın müxbiri ilə söhbətində "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin prezidenti Mixail Yalpaçov Çindən yola düşərək dəmir yolu vasitəsilə Qazaxıstandan keçən konteyner qatarının Aktaudan Bakıya cəmi beş günə çatacağını bildirir.

Müəllif qeyd edir ki, Azərbaycan yeni İpək Yolunun yaradılması ideyasını fəal şəkildə dəstəkləyir və yük daşımalarına tariflərin azaldılması təşəbbüsü ilə çıxış edib. Bu isə öz növbəsində marşrut üzrə yüklərin nəqlini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.

Azərbaycanın maliyyə naziri Samir Şərifov isə bildirir ki, layihənin reallaşdırılmasına cəlb edilən ölkələrin bütün müvafiq qurumlarının işi yük daşıyıcılarını qane edəcək ədalətli tariflərin müəyyənləşdirilməsindən ibarətdir. Nazir qeyd edir ki, bu gün bütün ölkələr nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan mövcud marşrutlara alternativ təklif edir.

"Finənşl Tayms"ın müxbiri reportajında diqqətə çatdırır ki, Azərbaycan və Qazaxıstan üçün yeni İpək Yolu iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönələn layihələrdən biridir.

Cek Ferçinin "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovla söhbətində vurğulanır ki, bu layihənin həyata keçirilməsi region ölkələri arasında əlaqələri dərinləşdirməyə, yeni iş yerlərinin yaradılmasına imkan verəcək, Azərbaycan kimi dünya okeanına çıxışı olmayan ölkələrin inkişafında böyük rol oynayacaq.

Müxbir Aktau və Bakının bu layihə çərçivəsində regionun aparıcı liman şəhərlərinə çevrilə biləcəyini diqqətə çatdırır.

Tarix
2016.08.02 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla