Yuxarı

ANS TV-nin tezliyi boş qalacaq - MTRŞ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS TV-nin tezliyi boş qalacaq - MTRŞ

ANS TV-nin tezliyində hər hansı bir televiziya kanalı yayımlanmır və hazırda həmin tezlik boşdur.

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, ANS TV-nin tezliyində yayımlandığı iddia edilən "Günəş" TV Qubada fəaliyyət göstərən uşaq kanalıdır: "Günəş" TV region kanalıdır və ona verilən lisenziya ilə yalnız regionda fəaliyyət göstərə bilər. Həmin TV-nin ANS-in tezliyində yayımlanmağa ixtiyarı yoxdur".

T.Məmmədov bildirib ki, ANS TV-nin tezliyi müsabiqə əsasında hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq.

Qeyd edək ki, "Günəş TV" 1 aprel 2015-ci il tarixindən Azərbaycanın şimal bölgəsində yayıma başlayıb və yalnız uşaqlar üçün verilişlər verir.

Bundan əvvəl həmin kanal "Qütb" TV adı ilə fəaliyyət göstərib.

"ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un məlumatına görə, kassasiya şikayəti bu gün Ali Məhkəməyə təqdim edilib.

Kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

Tarix
2016.08.05 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla