Yuxarı

Tanınmış jurnalistdən məxfi MİT hesabatı – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalistdən məxfi MİT hesabatı – Şok

Fətullah Gülən şəbəkəsi ilə bağlı Türkiyə hakimiyyətini ilk xəbərdar edən Milli İstihbarat Təşkilatı olub.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli məşhur yazar Uğur Dündarın "Sözcü" qəzetindəki köşəsində yer alıb. O, bu xəbərdarlığın 22 dekabr 1996-cı ildə edildiyini bildirib:

"O gün Çankaya Köşkündə prezident Süleyman Dəmirəlin rəhbərliyi ilə Susurluk skandalı ilə bağlı təcili toplantı hazırlanmışdı. Həmin gün toplantıya Baş nazir Nəcməddin Ərbəkan, Baş nazir müavini Tansu Çillər, ANAP-ın rəhbəri Məsud Yılmaz, Dəniz Baykal və Muhsin Yazıcıoğlu da qatılmışdı. İclasda MİT-in hazırladığı 18 səhifəlik hesabat müzakirə edilirdi. Hesabat dövlətdəki təhlükəli qruplaşmalara aid idi. MİT bu hesabatda Türkiyənin 58 təşkilat və şəxslə mübarizə aparması gərəkdiyini göstərmişdi. Fətullah Gülən bu siyahıda 56-cı yerdə idi".

Yazar o zaman bu hesabatı yayımladıqdan sonra özünün işlədiyi "Kanal D" televiziyasına gülənçilərin hücum etdiyini və məhkəmələrin onlar haqqında sərt qərarlar çıxardığını bildirib:

"Məhkəmələrdə ard-arda təkzib verməmiz qərarları çıxırdı. İnanmayacaqsınız, amma onların sayı 100-ə yaxın idi. Məhkəmə yayımlamağa məcbur olduğumuz təkzib mətnlərində Fətullah Gülən əvəzinə "Möhtərəm Fətulllah Gülən Hocaəfəndi" sözlərini yazmağımızı istəyirdi. Əslində, məhz, ozamankı görüşdə MİT dövlət rəhbərliyinə gülənçilərin cümhuriyyətdə çevriliş etmək istədiyini və bunun üçün təşkilatlandığını deyirdi".

Tarix
2016.08.18 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla