Yuxarı

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

Qazaxıstan neft ixracının əsas həcmlərini Xəzər Boru Kəməri Konsorsiumu boru xətti ilə Rusiya üzərindən həyata keçirsə də, alternativ marşrutlar, xüsusilə Bakı–Tiflis–Ceyhan (BTC) yolu üzrə ixracı artıracaq.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan enerji naziri Erlan Akkenjenov bildirib.

Nazir BTC ilə neft ixracının artırılması üzrə planlarını açıqlayıb:

"2025-ci ildə BTC marşrutu ilə təxminən 1,3–1,4 milyon ton neft daşınıb. 2026-da isə təxminən bu rəqəmin 1,6–1,7 milyon ton olacağı gözlənilir. Müqavilə çərçivəsində bu marşrutla illik tranzit həcmi 2,2 milyon ton səviyyəsində nəzərdə tutulub və uzunmüddətli perspektivdə maksimum fiziki həcmlər 7 milyon tona qədər artırıla bilər. Bu faktiki ixracdan 4 dəfədən, müqavilədə nəzərdə tutulandan isə 3 dəfədən çoxdur. Yəni Rusiya kəməri ilə gedən həcmlərin bir hissəsi Azərbaycana yönələcək".

Akkenjanovun sözlərinə görə, bu addım Qazaxıstanın ixrac marşrutlarını diversifikasiya etmək strategiyasının bir hissəsidir və Azərbaycan tranziti vasitəsilə ixracın artması region üçün strateji əhəmiyyət daşıyır:

"Qazaxıstan Rusiya tərəfdən ixracı nisbətən azaldaraq, Azərbaycanın tranzit imkanlarından daha çox istifadə etməyi planlaşdırır və BTC marşrutunu əsas alternativ kimi nəzərdə tutur".

Tarix
2026.01.28 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla