Yuxarı

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Uşaq rahatlıqla evdən odlu silah götürüb məktəbdə insident törədirsə, məsələnin günahkarı birmənalı olaraq valideyndir. İstər məktəbdə, istər küçədə hər bir uşaq evinin güzgüsüdür. Ola bilsin ki, valideyn hüquq-mühafizə orqanlarında işləyir, üzərində odlu silah gəzdirir, yaxud evdə ov silahı var. Lakin uşaq evdə odlu silah olduğunu bilməməlidir. Ən azından, valideyn güllə və patronları gizlətməlidir.

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında “İdrak” liseyində 29 yaşlı müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsiylə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, əgər uşağın müəyyən psixoloji problem var idisə, bu tipli şagirdlərlə məktəb psixoloqu, sinif rəhbəri mütəmadi görüşlər keçirməlidir:

“Bu məktəbə az ödəniş ödənilmir. Məktəbin giriş hissəsində xüsusi təhlükəsizlik cihazları qoyulsa, daha yaxşı olardı.

Uşağın psixoloji durumu hansı səviyyəyə gəlib ki uşaq bu hadisəni törədib?! Yəqin ki, bunu hüquq-mühafizə orqanları araşdıracaq. Əlbəttə ki, hüquqi qiyməti onlar verəcək. Müəllim şagirdə nə deyib, necə olub, bunlar araşdırılacaq. Lakin müəllim uşağa nə deyir desin, uşaq hansı psixi təsirə məruz qalırsa qalsın, bu hadisəni törətməməlidir. O zaman hansısa müəllim uşağa söz deyəndə, yaxud aşağı qiymət yazanda uşaq evindən silah gətirib müəllimə xəsarət yetirməlidir?!

Belə anlayış olmamalıdır. Bu məsələdə günahkarlar mütləq cəzalandırılmalıdır. Səbəbi nə olursa olsun, orta ümumtəhsil mərkəzlərində müəllimə qarşı bu cür hərəkət yolverilməzdir”.

Ekspert bildirir ki, müəllim şagirdə fiziki, yaxud psixoloji təzyiq göstərirsə, uşaq müvafiq orqanlara şikayət etməlidir:

“Bunlar şagirdlərin öz hüquq və vəzifələrini bilməməyindən qaynaqlanır. Acı həqiqətdir ki, təhsil verənlər də öz hüquqlarını bilmirlər.

Bu hadisə cəmiyyətdə iz buraxan dərin yaralardan biri oldu”.

Tarix
2026.02.06 / 16:43
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla