Rio-de-Janeyro - 2016 XXXI
Yay Olimpiya Oyunları başa çatdı. Dünya 19 gün ərzində maraqlı bir
idman festivalı yaşadı, güclüləri müəyyən etdi, mədəniyyətləri
bir-birinə tanıtdı. Bu maraqlı güc, estetika, insan bədəninin
gözəlliyi bayramı həmişə yadda qalacaqdır.
Axar.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə
özünün Feysbuk səhifəsində yazıb.
Millət vəkili Azərbaycan idmançılarının bu olimpiadada yüksək
nəticə göstərməsinə diqqət çəkib.
"Həmişəki kimi Azərbaycan bu möhtəşəm tədbirdə fəal iştirak
etdi. Hər olimpiadadan olimpiadaya həm kəmiyyət, həm keyfiyyəıt
göstəricilərimiz yüksəlməkdədir.
İlk dəfə olaraq daha çox idman növündə - 17, daha çox idmançı -
56 ilə iştirak edərək daha çox idman növündə - 5, daha çox medal -
18 topladıq.
Ötən London - 2012 Olimpiadasında medallarımızın sayını 7-dən 10
qaldırmağımıza çox sevinirdik. Dörd ildən sonra isə medal
göstəricilərimizi iki dəfə yüksəldik.
Bəli, biz nəyinsə daha yaxşı olmağını gözləyirdik. Ancaq 18
medalın özü də çox yüksək göstəricidir. Dörd ildə Azərbaycan
idmanın inkişafı, olimpiya hərəkatının genişlənməsi üçün çox iş
görüldü, dünya Azərbaycan təcrübəsindən danışmağa başladı.
Ancaq digər ölkələr də çalışırdılar, onlar da pyedestala çıxmaq
üçün öz milli proqramlarını həyata keçirirdilər.
Fici, Vyetnam tarixində ilk dəfə qızıl medal qazandı. Ancaq
Türkiyə, Avstriya, İsrail, Finlandiya, Portruqaliya, Bolaqarıstan
kmi idman nəhənglərinin göstəriciləri isə çox zəif oldu.
Azərbaycanın isə göndərdiyi hər üç idmançısından biri medala
sahib oldu. Azərbaycan dünya üzrə medal əyarına görə 39-cu, medal
sayına görə 15-ci yerdədir. Avropa ölkələri içərisində isə biz
medal əyarına görə 20-ci, medal sayına görə isə 6-cıyıq.
Nəticələrimiz gözlədiyimizdən də yaxşıdır, idmançılarımız var
gücü ilə yarışırdılar. 18 medal kəmiyyətinin medal keyfiyyətinə
keçməsi isə elə təbiət qanunlarına görə mütləq baş verəcəkdir.
Müstəqilliyimizi bərpa edəndən sonra iştirak etdiyimiz ilk dəfə
Barselona-1992 olimpiadasında 2, sonrakı Atlanta-1996
olimpiadasında isə 1 medal qazanmışdıq.
Yüksəliş göz qarşısındadır və ildən-ilə daha yüksək olacaqdır.
Buna Azərbaycanın əzmi və böyük potensialı vardır. Azərbaycan
idmanının Prezident cənab İlham Əliyev kimi dəstəyi və rəhbəri
vardır.
Azərbaycan olimpiyaçıları, biz sizə inanırdıq, sizin
uğurlarınıza sevinirik və həmişə sizlərə dəstəyik", - Mirzəzadə
bildirib.