Yuxarı

Bir türk dövlətinin taleyi həll edilir: Baydenin səfəri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir türk dövlətinin taleyi həll edilir: Baydenin səfəri

Mosul və Kərkükdən Aralıq dənizinə uzanacaq dəhlizin önündən indiyə qədər tək əngəl Kipr və burada Türkiyə əsgərinin olmasıdır.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Müyəssər Yıldızın bu gün Oda TV-də yayımlanan köşə yazısında yer alıb. Onun sözlərinə görə, Türkiyə Annan planını qəbul etməklə əlini-qolunu bağlayıb və artıq ondan əsgərini də adadan çıxartmağını istəyirlər:

"Şimali Kipr Prezidenti Mustafa Akıncının bu ayın sonu yunan tərəfinin lideri Anastasiadasla vacib görüşləri başlayır. Bu, həm də ona görə ciddidir ki, burada yekun qərar üçün mühüm məsələlər müzakirə ediləcək. Bundan öncə yunan liderinin "beynəlxalq jandarma gücü" istəməsi, ABŞ-ın da "adada müəyyən müddət beynəlxalq qüvvələr yer almalıdır" təklifini etməsi Türkiyənin ətrafındakı çəmbərin getdikcə daralmasını göstərmirmi? Onların əsas məqsədi türk ordusunun Kiprdən çıxardılmasıdır. 12 sentyabr çevrilişindən 3 ay sonra Kənan Evrən və dostları Yunanıstanın NATO-ya üzvlüyü ilə bağlı qoyduğumuz vetonu ortadan qaldırmışdı. O gündən indiyə qədər Yunanıstan Egey və Aralıq dənizində qazandığımız nə varsa, diplomatiya masasında bizdən tək-tək geri aldı. 15 iyul hadisələrinin nəticəsi yəqin ki, belə olmaz. Əminliklə deyə bilərəm ki, ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə Fətullah Güləni verməyə yox, Kipri geri istəməyə gəlir. Kipri geri verməyi düşünən belə varsa, onu bilsin ki, bununla onlar, sadəcə, Türkiyəni deyil, özlərini də bitirəcəklər".

Tarix
2016.08.23 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla