Yuxarı

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

Azərbaycanla Serbiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimizin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri isə iki ölkənin əlaqələrini daha da gücləndirəcək.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur:

"Hazırda Azərbaycan-Serbiya münasibətləri yüksək səviyyədədir, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərləri və şəxsi dostluğu bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasına şərait yaradıb".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir:

"Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.

Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib".

Samir Vəliyev qeyd edib ki, Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər:

"Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Prezident Aleksandar Vuçiçin vurğuladığı kimi bu tədbir xüsusi önəm daşıyır. “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycana olan böyük ehtiram və etimadın nümunəsi deməkdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir”. Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkələrimizin əlaqələrində təbii ki, enerji sahsində də əməkdaşlıq mühüm yer tutur. Serbiya Azərbaycandan təbii qaz alan Avropa ölkələrindən biridir. Enerji sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bütövlükdə isə, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan-Serbiya əlaqələrini daha da gücləndirəcək.

Tarix
2026.02.16 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Andrey Babiş Bakıya gəlir

Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

19 azərbaycanlının quru yolu ilə Ermənistana səfəri…

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdi - Video

İlham Əliyevin Serbiyaya səfəri başa çatdı

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto

Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla