Yuxarı

Bu ölkənin İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkənin İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək

İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.

Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.

"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik fəaliyyətinə Bakıdan davam edəcək", - Tayani vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyə olunduğu bildirilmişdi.

Tarix
2026.03.06 / 07:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla