Yuxarı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Rusiya Ermənistanın dəmir yollarının idarə olunmasının Qazaxıstana güzəştə gedilməsi ilə bağlı danışıqlar aparmır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.

“Birincisi, heç kimə heç bir güzəşt etmək planımız yoxdur. İkincisi, Ermənistandakı həmkarlarımız və tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, - deyə Nikitin bildirib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistan respublikanın dəmir yolu nəqliyyat sistemini Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə təhvil verən müqavilə imzalanıb. Müqavilə 30 illikdir və əlavə on illik uzadılma imkanını nəzərdə tutur.

2025-ci ilin dekabrında Nikol Paşinyan rusiyalı tərəfdaşlarından dəmir yolunun Türkiyə və Azərbaycanla sərhədlərə aparan hissələrini tez bir zamanda bərpa etmələrini istəyib (bu hissələr Ermənistan və ABŞ arasında "Tramp marşrutu" nəqliyyat layihəsinin həyata keçirilməsi üçün lazımdır). Martın əvvəlində Ermənistanın baş naziri Rusiya ilə dəmir yolu idarəetməsinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi başqa bir ölkəyə verilməsi ilə bağlı müzakirələr apardıqlarını açıqlayıb.

Martın 26-da Paşinyan Rusiya və Ermənistanın idarəetməni qazaxıstanlı həmkarlarına verilməsi barədə razılığa gələcəklərinə ümid etdiyini vurğulayıb.

Tarix
2026.03.30 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla