Yuxarı

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

Bu, təbii bir təbliğat üsuludur. Hər iki tərəfin özünü qalib kimi təqdim etməsi daha çox informasiya müharibəsinin tərkib hissəsidir. Əslində isə de-fakto ultimatum nəticəsində İran tərəfi danışıqlara razılıq verib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və İran arasındakı iki həftəlik atəşkəs haqda danışarkən deyib.

“Hazırda əsas məsələ ondan ibarətdir ki, İranda kimin qərar verdiyi bəlli deyil. Köhnə elitanın böyük hissəsinin sıradan çıxması bu problemi daha da dərinləşdirib. İndi isə ən azı danışıqlarda iştirak edəcək və qərar qəbul edə biləcək qrup müəyyənləşib”, - o bildirib.

Ekspertin sözlərinə görə, danışıqların əsas mahiyyəti İranın ABŞ-ın siyasi iradəsini qəbul etməsi ilə bağlıdır:

“Artıq görünür ki, İranın nüvə proqramının gələcəyi yoxdur və ballistik raket proqramı da faktiki olaraq dayandırılıb. Növbəti mərhələdə əsas müzakirə mövzusu neft ixracı olacaq və Tehran müəyyən mənada Vaşinqtonun tələblərinə uyğun davranmalı olacaq.

Görünür ki, ABŞ müəyyən mənada Venesuela ssenarisinə bənzər taktika tətbiq edəcək. Yəni əsas məqsəd qarşı tərəfin kimliyindən asılı olmayaraq, onun ABŞ-ın tələblərinə uyğun hərəkət etməsidir”.

Tarix
2026.04.08 / 13:07
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla