Yuxarı

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Viktor Orbanın seçkilərdə uduzması sadəcə Macarıstan daxilində hakimiyyət dəyişikliyi deyil. Bu, Avropa Birliyi daxilində uzun illər davam edən bir müqavimət xəttinin qırılmasıdır. Orban Brüssel üçün problem idi.

Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Elbəyi Həsənli bildirib.

“Orban Avropa daxilində Ukrayna məsələsində ən açıq əngəl idi. O, Rusiyaya qarşı sərt siyasətin genişlənməsini ləngidir, sanksiyaların təsirini müzakirəyə açır və Ukraynaya verilən dəstəyin miqyasını sual altına qoyurdu. Bu, Brüssel üçün narahatlıq yaradırdı.

Avropa artıq Ukrayna məsələsində daha sürətli, daha sərt və daha az mübahisəli qərarlar qəbul edəcək - yəni daha çox silah, daha çox pul, daha sürətli inteqrasiya...

Orbanın yoxluğu Donald Trampı da məyus edib. Amerika prezidenti onun şəxsində Avropa Birliyində əsas dayağını itirib”, - o vurğulayıb.

Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın hakim koalisiyası müxalif Peter Magyarın Tisa Partiyasına məğlub olub.

Tarix
2026.04.13 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla