Yuxarı

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

ABŞ hərbçiləri İranın “Toska” adlı ticarət gəmisinə hücum zamanı göyərtə topundan istifadə ediblər — bu, son 38 ildə ABŞ-ın dəniz hədəflərinə qarşı göyərtə artilleriyasından istifadə etdiyi ilk haldır.

Axar.az xəbər verir ki, bu barədə “The War Zone” ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisinə istinadən yazıb.

İdarə olunan raket silahları ilə təchiz edilmiş “USS Spruance” esminesi aprelin 19-da İranın “Toska” yük gəmisinə qarşı 5 düymlük “Mk 45” artilleriya qurğusundan atəş açıb. Bundan əvvəl oxşar hadisə demək olar ki, düz 38 il əvvəl — eyni regionda və eyni rəqibə qarşı baş vermişdi.

ABŞ Hərbi Dəniz Qüvvələrinin adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, göyərtə topunun başqa bir gəmiyə qarşı son təsdiqlənmiş istifadəsi 18 aprel 1988-ci ilə aiddir. Həmin gün Fars körfəzində ABŞ İrana qarşı “Praying Mantis” əməliyyatı keçirilirdi. O zaman ABŞ gəmiləri İranın sürətli hücum gəmisi “Joşan”a atəş açmışdı. Gəmi əleyhinə raketlərlə yanaşı, göyərtə toplarından da istifadə olunmuşdu.

“Praying Mantis” əməliyyatı 1987-ci ildə başlanmış daha genişmiqyaslı “Ernest Will” əməliyyatının tərkib hissəsi idi. Bu missiya İran-İraq müharibəsinin son dövründə Fars körfəzində ticarət gəmilərinə hücumların artması fonunda həyata keçirilirdi. ABŞ həmin vaxt Amerika bayrağı altına keçirilmiş Küveyt neft tankerlərini müşayiət edirdi.

“Praying Mantis” zamanı İranın 2 müşahidə platforması məhv edilmiş, iki gəmi batırılmış və daha biri ciddi zədələnmişdi. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin II Dünya müharibəsindən sonra iştirak etdiyi ən böyük dəniz döyüşü və gəmi əleyhinə raketlərin qarşılıqlı tətbiq olunduğu yeganə hadisə idi.

Döyüş zamanı İranın “Joşan” gəmisi xəbərdarlıqlara məhəl qoymayaraq “Harpoon” raketi buraxmış, lakin hədəfi vura bilməmişdi. ABŞ qüvvələri isə SM-1 və “Harpoon” raketləri ilə cavab vermiş, daha sonra zədələnmiş gəmini artilleriya atəşi ilə məhv etmişdi.

Müasir “Toska” hadisəsi 1988-ci ildən fərqlənir. İran gəmisi mülki və silahsız idi. O, dəniz blokadasını yarmağa cəhd etdikdən sonra “USS Spruance” onun mühərrikini artilleriya atəşi ilə sıradan çıxarıb. Gəmi batmayıb — ona desant çıxarılıb və saxlanılıb.

Qeyd edək ki, göyərtə topları — döyüş gəmisinin və ya sualtı qayığın göyərtəsində açıq şəkildə quraşdırılan, qüllə daxilində gizlədilməyən artilleriya sistemləridir.

Tarix
2026.04.23 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla