Yuxarı

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Xəbər verdiyimiz kimi, ötən gecə Azov dənizində göyərtəsində 25 azərbaycanlının olduğu 2 gəmi vurulub və hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.

Axar.az xəbər verir ki, həlak olan şəxslərin yaxınları danışıb.

Dünyasını dəyişənlərdən biri Neftçala rayon sakini 50 yaşlı Rəcəb Əhədovdur. Həlak olan dənizçinin atası Firudin Əhədov oğlu ilə sonuncu danışığını belə xatırlayır:

“Oğlumla sonuncu dəfə danışanda hər şeyin qaydasında olduğunu dedi və narahat olmamağımı tapşırdı. Yük gözlədiklərini söylədi. Yola düşəndə xəbər edəcəyini demişdi. Bu, axırıncı söhbətimiz oldu. Bu gün saat 10-dan sonra isə bu acı xəbəri aldıq”.

Gəmidə həlak olanlardan biri isə Zaqatala rayonu, Aşağı Tala kənd sakini 29 yaşlı Məhəmməd Əliyevdir.

Həlak olan Məhəmməd Əliyevin qardaşı Elvin Əliyev baş verən hadisə barədə açıqlama verib.

“Qardaşım 5 ildən artıq idi ki, bu sahədə işləyirdi. Özü kapitan köməkçisi idi. Bu gün səhər onun dünyasını dəyişdiyini öyrəndim. Başqa bir gəmidə işləyən dostu zəng edib bu ağır xəbəri mənə çatdırdı. Cənazənin 2 günə gətiriləcəyini dedilər. İndi mən də bir qardaş kimi yolunu gözləyirəm. Evli idi, bir övladı var”, – deyə o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2026.06.05 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla