Yuxarı

DİN rəhbəri pakistanlı nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN rəhbəri pakistanlı nazirlə görüşdü

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 28-də Pakistan İslam Respublikasının federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə musavat.com-a DİN mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, qonaqları salamlayan nazir iki dost və qardaş dövlət arasında əlaqələrin zəngin tarixi ənənələrə və dərin köklərə malik olduğunu bildirib. R.Uusubov bildirib ki, həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev bu münasibətlərin inkişafına hər zaman xüsusi önəm veriblər. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu söyləyib. Həmçinin Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb. Pakistanlı nazirin rəhbərlik etdiyi heyətin Bakıda keçirilən "ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının bütün sahələrdə genişlənən əlaqələrimizin daha bir əyani təzahürü olduğu nəzərə çatdırılıb.

Daha sonra cənab Ramil Usubov DİN-in əsas funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində son illər bütün istiqamətlərdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əlaqələrin daha da dərinləşdiyini, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalandığını da xatırladıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən cənab Rana Tanvir Hussain Bakıda keçirilən "ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştiraklarından məmnunluğunu ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklərini bildirib.

Tarix
2016.09.28 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla