Yuxarı

Vasif Talıbov Larsenlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov Larsenlə görüşdü - Foto

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd edib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirib.

Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tarix
2016.10.01 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla