Yuxarı

Bu, Azərbaycanın günahı deyildi - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Azərbaycanın günahı deyildi - Prezident

Bu il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı, Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu:

"BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, böyük diplomatik və siyasi uğurdur. Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirildi.

Bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxmışdır. Bu, Azərbaycanın günahından olmayıb. Bizə qarşı ədalətsizlik nümayiş etdirilmiş, diplomatiyada qəbuledilməz sözlər işlədilmişdir. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, Avropa Parlamentinin o qətnaməsinə uyğun cavab verdi. Nəticədə münasibətləri bərpa etmək üçün özləri gəldilər".

Dövlət başçısı onu da əlavə etdi ki, Azərbaycanın təklifləri müsbət qəbul edilib və bu təkliflərin nəticəsində birgə bəyanat da səslənib: "O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq".

Tarix
2016.10.09 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

DİN təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla