Yuxarı

Ermənilərin yaşatdığı daha bir dəhşət – Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin yaşatdığı daha bir dəhşət – Fotolar

Azərbaycan Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi tərəfindən muzeylə tanışlıq məqsədi ilə yeni buklet çap edilib. Bukletdə ermənilərin törətdikləri digər soyqrımları ilə yanaşı, Ballıqayada törədilmiş qətliam faktına aid məlumat da yer allb.

Axar.az xatırladır ki, 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan ordusunun diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqlarda yuxulayan dinc sakinləri xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Atəşə tutulan yaşayış alaçıqları meyitlərlə birgə tamamilə yandırılıb. Bu qətliamda 24 dinc sakin öldürülüb, təsadüf nəticəsində 5-i ağır, 4-ü isə yüngül olmaqla, 9 nəfər xəsarətlərlə sağ qalıb.

Soyqrırım qurbanlarından ən kiçiyi 6 aylıq, ən yaşlısının isə 93 yaşı var idi. Meyitlərin bir çoxu tamamilə yanaraq tanınmaz hala düşmüşdü. Şəhid olanlar Azərbaycan Respublikasının müxtəlif bölgələrində - Bərdənin Qaradəmirçi, Tumaslı, Nazırlı, Ağdamın Güllücə kəndlərində dəfn olunub.

Törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işi, istintaq materialları Azərbaycan Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.

Hərbi Prokurorluqda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən ən yaxşı nümunədir. Burada Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları haqqında geniş materiallar, araşdırmalar yetərincədir. Amma təəssüflə qeyd etməliyik ki, həmin dövrdə Qarabağ ərazisində törədiləcək amansız soyqrımların qarşısının alınmasında xüsusi fəaliyyətləri olmuş dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov və xalq qəhrəmanı Sultan bəy Sultanov haqqında heç bir məlumat yoxdur. İnanırıq ki, yaxın zaman kəsiyində bu nöqsan və çatışmamazlıqlar aradan qaldırılacaq.

Tarix
2016.10.19 / 00:24
Müəllif
Sultan Hümbətov
Digər xəbərlər

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

AB ilə İrəvanın imzaladığı bu sənəd sülh gündəliyinə ziddir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla