Yuxarı

Azərbaycanlı Ergenekonçu həbsdə qaldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Ergenekonçu həbsdə qaldı

Ergenekon məhkəməsində MTQ-nin keçmiş Baş katibi Tuncəl Qılınc və təqaüddə olan general-leytenant Məhmət Əröz təxliyə edilib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsi və həbs müddətinin 10 ildən 5 ilə qədər endirilməsi tələblərini dəyərləndirən Ağır Cinayətlərə dair Məhkəmələrdə təxliyə qərarları çıxmağa davam edir.

İstanbul 7-ci Ağır Cinayətlərə dair Məhkəməsi Ergenekon prosesində həbs edilən təqaüdçü podpolkovnik Mustafa Dönməz və keçmiş "Aydınlıq" jurnalının baş redaktoru Dəniz İldırım haqqında təxliyə qərarı verib.

Ergenekon prosesində ömürlük həbs cəzası verilən general-leytenant Məhmət Əröz ilə 13 il həbs cəzası verilən Milli Təhlükəsizlik Qurumunun (MTQ) keçmiş Baş katibi general Tuncər Qılınc da bu gün təxliyə edilib.

Vəli Kiçikdən etiraz

Milliyətcə azərbaycanlı olan təqaüdçü Vəli Kiçik vəkili vasitəsi ilə məhkəmənin təxliyə tələbinə etiraz edib.

Kiçiyin vəkili Zeynəb Kiçik məhkəməyə verdiyi şikayət ərizəsində verilən təxliyə qərarlarında bir çox şübhəlinin 5 illik həbs müddətinin başa çatmadığını bildirərək Konstitusiya Məhkəməsinin qərarına əsasən şübhəlilərin təxliyə edildiyini bildirib. Vəkil həmçinin müvəkkilinin də təxliyə olunmasını istəyib.

Tarix
2014.03.11 / 18:08
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla