Yuxarı

Əliyev və Maduro bəyanat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:47

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.

Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verib.

Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə məhdud tərkibdə görüşü olub.

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzalayıblar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Venesuelanın Xarici İşlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.

Tarix
2016.10.22 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla