Yuxarı

Avropa Qarabağ müharibəsindən ehtiyat edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Qarabağ müharibəsindən ehtiyat edir

Yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının əsas regional tərəfdaşına çevriləcək.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun yenidən intensivləşməsindən danışıb:

"Rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Brüsselə strateji saziş layihəsi göndərib. Bu sənəddə enerji və ticarət əməkdaşlığını göstərən bəndlərə üstünlük verilir. Brüssel bu bəndlərdən imtina etmir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də Avropa İttifaqı ilə əməkdaşlıqda əsas şərtlərdən biridir".

Politoloq oktyabrın 21-də Prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında imzaladığı fərmanın Brüssel tərəfindən müsbət qiymətləndirildiyini deyib:

"Məsələ burasındadır ki, mövcud qadağalar xarici qrantların daha çox digər bölgə ölkələrinə - Gürcüstana və Ermənistana yönəlməsinə şərait yaradır və bu ölkələrin qeyri-hökumət təşkilatları milyonlarla avro sayəsində müxtəlif layihələr həyata keçirirlər. Bir sözlə, "ərəb baharının" yaratdığı problemlərdən sonra Avropa İttifaqı Azərbaycanda davamlı sabitlikdə maraqlıdır".

Ekspert onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı ATƏT-i əvəz etməyəcək:

"Ancaq Brüssel vəziyyəti daim nəzarət altında saxlamaq istəyir. Çünki yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının əsas regional tərəfdaşına çevriləcək. Bir neçə ildən sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya daşınacaq. Bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin davamlı olmasında maraqlıdır.

Bölgədə mümkün müharibə Avropa İttifaqının maraqlarına ziddir. Ancaq Avropada onu da anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bölgədə müharibə riski yüksəkdir. Ona görə də bu riskin azaldılması məqsədilə Brüssel həm Bakı, həm də İrəvanla dialoqu intensivləşdirmək və bu yolla Minsk Qrupu həmsədrlərinə dəstək vermək siyasətinə üstünlük verir".

Tarix
2016.10.27 / 11:43
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Sahibə Qafarova Simonyanla görüşdü

Ermənistanla bağlı bu məhdudiyyət aradan qaldırıldı

Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş... - Prezident

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Vaşinqton sazişlərinin tarixi əhəmiyyəti... - Tokayev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla