Yuxarı

Ankarada müstəqilliyimiz qeyd edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada müstəqilliyimiz qeyd edildi - Foto

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı ilə Ankarada "İyirmi beş ildə "Bir millət, iki dövlət" düşüncəsinin təsirləri" mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, qardaş ölkələrimizin ziyalıları, elm xadimləri, diaspor təmsilçiləri, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himləri səsləndirilib.

TADDEF-in fəxri sədri Yücel Artantaş, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov, qardaş ölkənin sabiq xarici işlər naziri Murat Karayalçın, professor Aygün Attar və başqaları tədbirdə məruzələrlə çıxış ediblər.

Konfransda ölkəmizin dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətin qurulması, fəaliyyəti və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinin əhəmiyyəti və digər məsələlərdən bəhs olunub.

Tədbir iştirakçılarına "Heydər Əliyev" və "İlham Əliyev" nəşrləri ilə yanaşı, "İrs-Miras" beynəlxalq jurnalı və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

Tarix
2016.10.30 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla